Şaolin rahibi milyonları heyrətləndirdi - VİDEO - FOTO

Şaolin rahibi milyonları heyrətləndirdi - VİDEO - FOTO
11:27 7 Sentyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Çindəki dünyaca məşhur Şaolin buddist məbədinin rahibi Şi Lilian yeni rekord vurub.
Suya atılmış faner lövhələrin üzəri ilə qaçaraq 5 metri qət etmiş rahib bu dəfə çayın bir sahilindən digərinə qaçaraq keçib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Çinin Szyuançjou şəhərində çayın sahilində durmuş rahib suya atılmış 200 faner lövhələrin üzəri ilə qaçaraq yeni dünya rekorduna nail olmaq istəyirdi.

Amma bu, heç asan deyildi. Çünki 125 metr uzunluğundakı lövhə "yolu"nda sürətlə qaçmaqla yanaşı, suya düşməmək üçün lövhələrə mümkün qədər yüngül şəkildə ayaq basmaq gərəkdi.
Çinin şərqindəki Szyunçjouda bu rekord gerçəkləşib və rahib məqsədinə çatıb.
"Sudakı lövhələrin üzərində mümkün qədər sürətlə qaçmaq gərəkdir. Amma bu zaman addımlar iri olmamalıdır. Çox çətin sınaq idi", - rahib Lilian deyib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR