x
Loading...

Lənkəranda evə basqının bəzi təfərrüatları məlum oldu

Lənkəranda evə basqının bəzi təfərrüatları məlum oldu
10:41 7 Sentyabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Lənkəran rayonunun ucqar dağ kəndi Biləsərdə gecə saatlarında yaşayış evinə basqın olub.

ANS PRESS-in əldə etdiyi məlumata görə,üzündə maska olan basqınçı ev sahibi,1955-ci il təvəllüdlü Salayev Əlirza Camal oğluna kəsiçi alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aldığı xəsarətlər nəticəsində çoxlu qan itirən yaralı yaxınlarının köməyi ilə gecə saat 1 radələrində Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Həkim reanimatoloq Hikmət Əliyev ANS PRESS-ə xəstənin hazırkı durumu ilə bağlı məlumat verərək bildirib ki,Əlirza Salayevin vəziyyəti edilən tibbi müdaxilə nəticəsində nisbətən sabitləşib və hazırda orta ağır olaraq qalır.
Artıq Lənkəran rayon polis şöbəsində əməliyyat istintaq qrupu yaradılıb və hadisəni törətmiş şəxsin tapılaraq zərərsizləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Rayon polis şöbəsinin rəis müavini Elçin Kazımov ANS PRESS-ə ilkin versiya kimi,baş verən hadisənin ailə münaqişəsi zəminində baş verdiyini deyib. Belə ki,evdən heç nə aparılmaması basqınçının məqsədinin intiqam olduğunu deməyə əsas verir.Digər versiyalar da araşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=360075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR