x
Loading...

Rövşanə Ağasəfqızı: "Yollarımız ayrıldı"

Rövşanə Ağasəfqızı: "Yollarımız ayrıldı"
10:46 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

"O qədər danışıldı, yazıldı ki, sonunda yollarımız ayrıldı". Bu sözlər Rövşanə Ağasəfqızına məxsusdur.

ANS PRESS-in məlumatına görə, yeni televiziya mövsümündə "Yoldaş Rövşanə" layihəsi ilə tamaşaçıların görüşünə gələcək aparıcı efirə tək çıxacağını açıqlayıb.

"Ötən telemövsümün sonunda müəyyən səbəblərdən "Rövşanə ilə bazar səhəri" proqramını Kamran Həsənli ilə birlikdə aparmalı olduq. Verilişin formatına görə, iki fərqli aparıcı fərqli mövqelərdən çıxış etməli idik. Və əlbəttə ki, mövzuların müzakirəsində mübahisələrimiz yaranırdı. Bu da normal idi. Biz məzuniyyətə çıxandan bəri bütün saytlar yazırdı ki, guya biz dalaşmışıq və ayrılmışıq. Jurnalistlər çox zəng vurdular açıqlama üçün, heç kimə cavab vermədim. Bütün söhbətlərə özümün "Yoldaş Rövşanə" verilişimdə aydınlıq gətirəcəm. Kamran Həsənlinin də öz verilişi olacaq. Gözləyin, az qalıb".


Həmçiinin oxuyun: ANS TV də yeni mövsüm: köhnələr və yenilər!




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=360084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR