İstedadlı rəssam "Amerika boyu 100 vücud" (100 Bodies Across America) layihəsini reallaşdırıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Birləşmiş Ştatları dolaşan 29 yaşlı Natali Fletçer 45 min kilometr qət edib. 200 gün davam edən bu səyahətdə o, 140 modelin vücudundan əsərlərini yaratmaq üçün "vasitə" qismində istifadə edir.
Oreqon ştatındakı Blend şəhərindən olan Natali Fletçer bodipeyt janrında çalışaraq 101 əsər yaradıb. Həmin əsərlərin fotolarını o, kitab şəklində çap etdirmək niyyətindədir.
Milli.Az