I dərəcə uğrunda şahmat yarışları başa çatıb

I dərəcə uğrunda şahmat yarışları başa çatıb
11:54 7 Sentyabr 2015
75 Sosial
Ölkə mətbuatı
A- A+

6 sentyabrda  Bakı şəhəri 2 №-li UGŞİM-də 2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) uşaqlar arasında və 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) yeniyetmələr arasında keçirilən I (birinci) dərəcə uğrunda yarışlar başa çatıb.

Lent.az-ın məlumatına görə, yarışlarda 65 nəfər (onlardan 11 nəfəri qızdır ) iştirak edib. 

2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7 xalla Əhmədov Ramil (2 №-li UGŞİM), II yeri 7 xalla Məmmədov Rəvan (2 №-li UGŞİM), III yeri 6,5 xalla Əkbərov Nihat (RİOEUGŞM), 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7,5 xalla Talıblı Rövşən (HİRŞDK), II yeri 7 xalla İsrafilov Emil (3 №-li UGŞİM) və III yeri 6,5 xalla Şirməmmədov Cavid (2 №-li UGŞİM) tutub.

Yarışlarda həmçinin Əhmədov Ramil (2 №-li UGŞİM), Məmmədov Rəvan (2 №-li UGŞİM), Talıblı Rövşən (HİRŞDK) və İsrafilov Emil (3 №-li UGŞİM) I (birinci) dərəcə normasını yerinə yetirib.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Bakı şəhəri 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov və digər rəsmi şəxslər qalibləri təbrik edib.  Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kuboklarla təltif olunublar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR