Ulduzlardan şəhid xəbərinə reaksiya - fotolar

Ulduzlardan şəhid xəbərinə reaksiya - fotolar
12:11 7 Sentyabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş verən son terror hadisələri şou dünyasının da gündəmini dəyişib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onlar profillərində xalqa başsağlığını verərək kədərlərini bildiriblər.

Qeyd edək ki, dünən İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində 15-dən çox əsgər və zabit həlak olub. Hadisə Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində baş verib.
 
Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.  





















Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR