BMT-nin baş katibi Avropa ölkələri liderlərini “qorunmağa möhtacların səsi” olmağa çağırıb

12:33 7 Sentyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, Nihat Budaqov, AZƏRTAC
BMT-nin baş katibi Pan Gi Mun sığınacaq axtaran şəxslərlə bağlı böhranı həll etmək üçün bəzi Avropa ölkələrinin liderlərinə zəng vuraraq “qorunmağa möhtacların səsi” olmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-dən edilən şərhdə deyilir. Bildirilir ki, baş katib Pan Gi Mun bəzi Avropa ölkələri liderlərini zəng vuraraq onlardan BMT-yə üzv dövlətlərə böyük miqyaslı sığınacaq axtaran şəxslər və köç axınlarının çətinliyini qəbul edib, məsuliyyətləri bərabər paylaşmaq üçün sürətli və ortaq bir yanaşma ilə qorunmağa möhtac olanların səsi olmağa çağırıb.
Zənglərdə Avropada immiqrantlara və qaçqınlara qarşı artan xarici düşmənçilik, ayrı-seçkilik və zorakılıqla bağlı narahatlığını də dilə gətirən BMT-nin baş katibi bu cür hadisələrə gecikmədən və daha qərarlı şəkildə cavab veriləcəyinə ümidli olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_bas_katibi_Avropa_olkeleri_liderlerini_qorunmaga_mohtaclarin_sesi_olmaga_chagirib-882605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR