Azərbaycan prezidenti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

12:37 7 Sentyabr 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 12:34 ]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

APA-nın məlumatına görə, DSX rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə raport verib.

 

Dövlət başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.

 

Məlumat verilib ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq DSX-nın döyüş sıralarına daxil edilib.

 

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz olunub.

 

Dövlət başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış olub, üçüncü dərəcəli gəmilərin keçidinə baxıb.

 

Sonra prezident müəssisədə yaradılan şəraitlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR