Dünya çempionatını idarə edən hakimlərin seminarı keçirilib

Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı start götürəcək.

Bu gün çempionatın keçiriləcəyi Orleans Arenada yarışı idarə edəcək hakimlərin seminarı keçirilib. Seminarda hakimlərə güləş qaydalarındakı son dəyişikliklər barədə məlumat verilib, mübahisəli epizodlar monitorda göstərilərək müzakirələr aparılıb.

Dünya çempionatında görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edir. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR