"Akkord"dan şikayət: "Hər şey cəhənnəm, bədbəxtlik olacaqdı..." - FOTO

"Akkord"dan şikayət: "Hər şey cəhənnəm, bədbəxtlik olacaqdı..." - FOTO
12:42 7 Sentyabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

"Yeni Müsavat" qəzetinin əməkdaşı Röya Rəfiyevanın mənzilində xoşagəlməz olay yaşanıb.
Milli.Az bildirir ki, jurnalist Facebook-dakı profilində yazıb:

""Akkord" şirkətinin evlərinin keyfiyyətsiz tikildiyini və təmir edildiyini çox eşitmişdim, özüm də bir ildir həmin binalardan birində yaşayıram. Binaların yuxarı mərtəbələri bütün qış boyu damır. Dəfələrlə deyilsə də, təmir edən olmur. Hətta təzə binalarda su boruları, işıq xətləri bərbad vəziyyətdədir. Pəncərələr laxlayır, qonşunun hamamında olan nəmişlik sənin evini uçurur, pis günə salır, təmirin keyfiyyətindən danışmağa dəyməz və sair. 

Dünən isə evə girəndə gördüm ki, şirkətin təmir zamanı qoyduğu şkaflar aşıb, şkafların içindəki qablar ağırlıq edəcək qədər deyildi, şkaf normal şəkildə bərkidilməyib. Sadəcə, məsuliyyətsiz iş nəticəsində bütün qablar qırılıb, soyuducum zədələnib. Hər şey cəhənnəm, çox zaman balaca mətbəxdə yatırdı, şkaf aşan zaman o, yatmış olsa, bədbəxtlik olacaqdı... Bu da şirkətin məsuliyyəti..."

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR