x
Loading...
.

Ramzan Kadırov azərbaycanlı həkimi özünə müşavir təyin etdi

Ramzan Kadırov azərbaycanlı həkimi özünə müşavir təyin etdi
15:34 28 Yanvar 2015
288 Dünya
Ölkə mətbuatı
A- A+
.

 

"Mən özümə yeni müşavir götürmüşəm. Yeni məsləhətçim tibb elmləri namizədi, təcrübəli həkim-onkoloq Elxan Süleymanovdur. O, Azərbaycan Tibb Universitetini, aspiranturanı yüksək nəticələrlə bitirib, Moskvada işləyib, Almaniyada təcrübə keçib. Bir neçə dili mükəmməl bilir". Vesti.az-ın məlumatına görə, bu açıqlamanı Çeçenistan rəhbəri Ramzan Kadırov verib. "Mən ondan Çeçenistana köçməsini və burada işləməsini xahiş etdim. Elxan həkim mənim xahişimi yerə salmadı. İşə isə məni məcburi müayinə etməklə başladı. Allaha çox şükür, tam sağlamam. Süleymanov əmindir ki, onkodiaqnozla bağlı ağır xəstəliklərin çoxalması müasir xəstəxanaların olmaması ilə əlaqədardır. Biz artıq bununla bağlı qərar qəbul etmişik. İlk növbədə bütün vəzifəli şəxslər həkim nəzarətindən keçəcəklər. Həkimə birinci Prezident Administrasiyasının rəhbəri Maqomed Daudov müraciət edəcək. Bu da son deyil. Elxan Süleymanov onkoloji xəstəxananın baş həkimi təyin edilib. Mən ona dünyanın ən yaxşı həkimlərini Çeçenistana dəvət etmək səlahiyyətini vermişəm, bundan sonra xəstəlikdən əziyyət çəkən vətəndaşlarımız müalicə üçün başqa ölkələrə getməyəcəklər. Onların müalicəsi ən yüksək səviyyədə Çeçenistanda aparılacaq" deyə Ramzan Kadırov əlavə edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR