Futbolpress.az fəaliyyətini bərpa elədi

Futbolpress.az fəaliyyətini bərpa elədi
12:47 7 Sentyabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 20-dən fəaliyyətini dayandırmış “Futbolpress.Az” saytı bu gün işi bərpa edib. Bəs bu qədər müddət “offline” olmağın səbəbi nə idi?

Bu barədə Fanat.az-a saytın təsisçisi və baş redaktoru Elçin Cəlilov danışıb: "Biz ölkə mediasının mövcud vəziyyətini bilirik. “FutbolPress” də müstəqil KİV-lər kimi tez-tez müxtəlif çətinliklərlə üzləşir. Onlardan biri də həmişəyaşıl maddiyyat problemidi. 

Saytı uzun müddət sırf öz maddi imkanlarımla, belə deyək, saxladım. Sonra vəziyyət ağırlaşdı və işçinin maaşını verə bilməyincə, məcburən fəaliyyət dayandırıldı. Bir az da öz səhhətimdə yaranan problemlər işi davam etdirməyə imkan vermədi.

Şükür ki, indi salamatlıqdı və fikirləşirəm ki, sayt fəaliyyətini bərpa eləməlidi. Buna ən azı, çoxsaylı oxucu marağını nəzərə alaraq, etmək həvəsindəyik. 

Çalışacağıq ki, bütün çətinliklərə baxmayaraq, 6 illik fəaliyyəti ilə gündəmdə olmuş bu sayt bundan sonra dayanmadan çalışsın. 

Yenə operativ xəbər  və obyektiv məqalələrimizlə tanış ola biləcəklər”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolpressaz-faliyytini-brpa-eldi-t43868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR