Avtobus aşdı, ölən və yaralananlar var

Avtobus aşdı, ölən və yaralananlar var
12:51 7 Sentyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyada yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, hadisə Rio-de Janeyro ştatında, Parati bələdiyyəsinə yaxın yerdə baş verib. Bu barədə xilas etmə xidmətlərinə istinadən xarici KİV-lər bildirir.

Agentliklərin məlumatına görə, qəzaya uğramış avtobusda təxminən 60-a yaxın sərnişin olub. Onlardan 15-i yerindəcə dünyasını dəyişib. 40 nəfər ağır bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.


Hadisə yerinə gələn xilasedicilər


Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, dəqiq deyil. Lakin güman olunur ki, insidentə səbəb yollar olub. Belə ki, nəqliyyat vasitəsinin hərəkət etdiyi yol mürəkkəb olduğu üçün, avtobusun müvazinəti itirərək, bir neçə dəfə aşdığı deyilir.

Braziliya hakimiyyəti artıq hadisəni araşdırmağa başlayıb.


Hadisədən sonrakı görüntülər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=360086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR