8 qol vuruldu, "Sumqayıt" "Sumqayıt"ı uddu

8 qol vuruldu, "Sumqayıt" "Sumqayıt"ı uddu
13:07 7 Sentyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib. 


Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komandamız sabah "Kapital Bank Arena"da 10.30-da növbəti məşqinə çıxacaq.


Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-8-qol-vuruldu-quotsumqaytquot-quotsumqaytquot-uddu-t43871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR