Expressbank müştəriləri qiymətli hədiyyələr qazanacaq

Expressbank müştəriləri qiymətli hədiyyələr qazanacaq
13:08 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Expressbank müştəriləri qiymətli hədiyyələr qazanacaq.

Expressbank bank kartlar üzrə MasterCard ilə birgə “Kartla al” aksiyası keçirir. Bankdan Trend-ə verilən məlumata görə, aksiya 20 oktyabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər.

Qeyd edək ki, müştərilər Maestro kartını 6 AZN, MasterCard Standard kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2430593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR