"Mən itəm, kiminsə üstünə çımxırım?"

"Mən itəm, kiminsə üstünə çımxırım?"
13:22 7 Sentyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) "Onlar" verilişində maraqlı açıqlamalar verib. 

Axşam.az-ın məlumatına görə, Tolik müğənni Elvin Abdullayevin "Şou-biznesi qaymaqlar idarə edir. Tolik idarə edə bilməz" sözlərinə sərt reaksiya bildirib:

"Mən harda idim, sən harda? Mənim stajım bu şou-biznesdə səndən çoxdur. Deyir, "İlhamə Quliyevanın qruplaşmasına daxil olmaq istəyirəm". Mən o qruplaşmanın başçılarından biri olaraq səni ora daxil edərəm. Amma sən orada hansı rolda olacaqsan? Statusundan asılı olmayaraq, heç bir müğənni mənə deyə bilməz ki, sabah çıx verilişə, filan müğənnini yıx-sürü. Beləsi hələ anadan olmayıb. Mən itəm, kiminsə üstünə çımxırım? Nadir Qafarzadəyə çox sağ ol deyirəm, mənə tərəf durdu, iradını bildirdi. Deyir, şou-biznesi idarə edənlər var. Bura fabrikdi, ayda bir dəfə yığışıb, iclas edək? 
Şou-biznesdə danışmadığım insanlar var. Getdiyim məclislərdə onları görmək istəmirəm. Murad Arifin klip təqdimatında özünə dedim ki, filankəslər olmayacaqsa, gəlim. O da mənə onlardan çox dəyər verdiyi üçün həmin ifaçıları dəvət etmədi".

Tolik xalq artisti Aygün Kazımova ilə yollarını ayırmasına da münasibət bildirib: 

"Münasibətimizi dost kimi bitirmişik. İşlə bağlı əlaqəmiz var. Onu məclisə dəvət edən, mənlə əlaqə saxlayır. Kiminsə haqqında pis danışa bilmərəm. O vaxtlarım getdi. Hətta Röya ilə Aygün xanım eyni gündə konsert verdi. İkisini də sosial şəbəkədə paylaşdım. Mən Aygün Kazımova, Röya ilə işləyib, bu gün tələbatlı prodüser olmuşam. Onlar haqda necə pis danışım?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/367473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR