Ermənistan hökumət binasında mühafizə xidmətinin əməkdaşı özünü güllələyib

13:22 7 Sentyabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 13:20 ]


Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Ermənistanın hökumət binasında intihar hadisəsi baş verib.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, binanın mühafizə xidmətinin əməkdaşı, 32 yaşlı Lüdviq Ovanisyan silahla atəş açaraq özünü öldürməyə cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

 

Hökumətin aparat rəhbəri David Artunyan faktı təsdiqləyib və həmin şəxsin öz əməkdaşları deyil, mühafizə xidməti göstərən şirkətin əməkdaşı olduğunu bildirib. L. Ovanisyan intihar cəhdindən əvvəl məktub yazıb. Lakin məktubun mətni hələlik açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR