x
Loading...
.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 39 santimetr azalma qeydə alınıb

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 39 santimetr azalma qeydə alınıb
12:23 7 Sentyabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 7 sentyabr, AZƏRTAC 
Sentyabrın 7-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 127 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 39 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 44 kubmetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin 28 santimetr azaldığı müəyyən edilib.
Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 320, Şirvanda 183, Salyanda 133, Bankədə 158, Novruzlu məntəqəsində isə 50 santimetrdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanix_chayinin_Ayrichay_menteqesinde_suyun_seviyyesinde_39_santimetr_azalma_qeyde_alinib-882619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR