İrakli Qaribaşvili: “Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Gürcüstan ABŞ və Avropanın müttəfiqidir”

13:37 7 Sentyabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 13:31 ]


Bakı. Türbət Bağırova - APA. “Hakimiyyətdə hansı siyasi partiyanın olmasından asılı olmayaraq, Gürcüstan ABŞ və Avropanın müttəfiqidir. Demokratiyanın gözəlliyi ondadır ki, kapitanın mümkün dəyişməsi halında belə, gəmi yenə eyni istiqamətdə hərəkət edir”.


APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən “Avropanın yeni geosiyasi landşaftı. Cəbhəboyu ölkələrdə təhlükəsizlik, iqtisadi imkanlar, azadlıq və insan ləyaqəti” mövzusundakı konfransda çıxışı zamanı deyib.
 

Baş nazir senator Con Makkeynə və tədbirin təşkilatçılarından biri olan Makkeyn İnstitutuna minnətdarlığını bildirib. O qeyd edib ki, Amerika Gürcüstanın əsas strateji tərəfdaşlarından biridir, senator Makkeyn isə Gürcüstanın Konqresdəki ən güclü silahdaşlarındandır: “Biz dəfələrlə onlarla səmimi fikir mübadiləsi aparmışıq və onların bizim ölkəmizin necə qayğısına qaldığını bilirik. Gürcüstan həqiqətən də ön cəbhədə yerləşir. Regional təhdidləri və iqtisadi maneələri nəzərə alaraq biz əcdadlarımızın min illərdir ölkəmizdəki təhlükəsizliyini qorumaq üçün apardığı praqmatik yanaşma ilə ölkəni idarə edirik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR