Polis silah-sursatların aşkar edilməsi ilə bağlı araşdırmaya başladı

Polis silah-sursatların aşkar edilməsi ilə bağlı araşdırmaya başladı
13:43 7 Sentyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Polis Tovuz və Göyçay rayonlarında silah-sursatların aşkar edilməsi ilə bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Metropolitenində baş verən intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Tovuz RPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən “TOZ-8” markalı tüfəng, qumbara və 62 ədəd müxtəlif çaplı patron tapılıb.

Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Göyçay rayon sakini Arzu Həmidovdan qundaqsız “AK-74” markalı silah, 27 ədəd patron, patron darağı və digər hərbi ləvazimat götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2430622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR