Tacikistan müdafiə nazirinin keçmiş müavinindən ölkədə baş verən silahlı hücumlarla bağlı AÇIQLAMA

Tacikistan müdafiə nazirinin keçmiş müavinindən ölkədə baş verən silahlı hücumlarla bağlı AÇIQLAMA
13:47 7 Sentyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda ölkədə baş verən silahlı hücumlarda əlinin olmadığı barədə bəyanat yayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Birləşmiş Tacikistan Müxalifətinin keçmiş səhra komandirlərini günahlandırmaq üçün hökumət milis bölmələrinə bir neçə hücum təşkil edib: "Bu hadisədən sonra hakimiyyət artıq öldürülmüş olan komandirlərin meyitlərini bu yerlərə ataraq, dünyaya bəyan etməyə çalışıb ki, onlar guya atışmada öldürülüblər. Hakimiyyət nümayəndələri bu istəklərinə Vəhdət şəhərindəki Daxili İşlər İdarəsində nail olublar. Oraya hücum Tacikistan xüsusi təyinatlılarını özləri tərəfindən edilib".

Keçmiş nazir müavini hökumətin Birləşmiş Tacikistan Müxalifətinin keçmiş komandirlərini zərərsizləşdirmək səbəblərinə də aydınlıq gətirib. O, bunun komandirlərin İslam Dirçəliş Partiyasının ləğv olunmasına imza atmamaları ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 4-də Tacikistanın Vəhdət şəhərində Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak olub.

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hadisələr zamanı 9 silahlı dəstə üzvünün öldürüldüyü qeyd olunur.

Hakimiyyət rəsmiləri Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodaya sadiq qüvvələr tərəfindən həyata keçirildiyini bəyan ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR