Play Store

Vergilər Nazirliyindən I Avropa Oyunları ilə bağlı AÇIQLAMA

Vergilər Nazirliyindən I Avropa Oyunları ilə bağlı AÇIQLAMA
15:39 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza gələn qonaqlar Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər”. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu vergilər nazi­ri­nin audit və operativ nə­za­rət sahələri üzrə müşa­viri İlqar Əhmədov bildirib. Müşavir vurğulayıb ki, bu səbəbdən Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadə­yə ciddi nəzarət olunur.

 

Müşavir onu da qeyd edib ki, nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, «gizli iqtisadiyyat»ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir. “Nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur”.

İ. Əhmədovun sözlərinə görə, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə  iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. “Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR