Bundestaqın deputatları: ABŞ Avropada hökm sürən qaçqın böhranının memarı və günahkarıdır

Bundestaqın deputatları: ABŞ Avropada hökm sürən qaçqın böhranının memarı və günahkarıdır
13:53 7 Sentyabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, Elşad Qəzvini, AZƏRTAC
Rəsmi Vaşinqton Avropada hökm sürən qaçqın böhranının memarı və bilavasitə günahkarıdır.
AZƏRTAC “Spiegel-online” saytına istinadla xəbər verir ki, belə bir bəyanatla Bundestaqın deputatları və solçu parlament fraksiyasının sədr müavinləri olan Zahra Vaqenknext və Ditmar Barç çıxış edib. Növbəti həftə parlamentın müzakirəsinə çixarılacaq sənəddə bildirilir ki, Vaşınqtonun himayədarlığı ilə Qərb dövlətləri yurd-yuvalarından didərgin düşmüş bu insanların vətənlərində stabilliyi pozublar.
Bəyanatda qeyd olunur ki, Yaxın Şərqdə sabitliyi pozub ağır nəticələrə yol açanlar, həmçinin bu regionlarda terrorçu təşkilatların baş qaldırmasinda da əsas rol oynayıblar. Amerika və eyni zamanda Almaniyaya müttəfiq ölkələr İŞİD, eləcə də digər terror mənbələrinə dolayısı dəstək verməklə yanaşı, onlari maddi və silah yardımı ilə də təmin ediblər. Bu da nəticədə on milyonlarla insanın müharibə və vətəndaş qarşıdurmasından əziyyət çəkməsinə gətirib çıxarıb.
Bundestaqın solçu millət vəkilləri Federal hökumətə müraciət edərək olayların günahkarı ABŞ-dan köçkünlər üçün maddı yardım tələb olunmasını istəyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bundestaqin_deputatlari_ABS_Avropada_hokm_suren_qachqin_bohraninin_memari_ve_gunahkaridir-882628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR