DİN Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb

13:57 7 Sentyabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 13:54 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində rayon sakinləri Fail Hüseynovun idarə etdiyi “Mercedes” və Hidayət Məmmədovun idarə etdiyi “VAZ-21053” markalı avtomobillər toqquşub. Nəticədə H.Məmmədov və azyaşlı nəvəsi Zeynəb Məmmədova xəstəxanaya yerləşdirilib, H.Məmmədov orada ölüb.
 

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR