"Sevda birincidirsə, bəs Aygünlə Röya?" - Anar

"Sevda birincidirsə, bəs Aygünlə Röya?" -   Anar
14:11 7 Sentyabr 2015
41 Şou
Ölkə mətbuatı
A- A+

Stilist Anar Ağakişiyev müğənni Sevda Yahyayevanın geyim tərzini təhlil edib.

Axşam.az-ın məlumatına görə, “Onlar” kamerası qarşısına keçən sənətçi öz zövqünə güvəndiyini bildirib:

“Dəbi izləyirəm, həmişə zövqlü görünməyə çalışıram. Bu dəbdir deyə, geyinmirəm. Fotosessiyalarda stilistə müraciət edirəm. Adi gündə öz zövqümlə geyinirəm. Müsabiqə keçirilsə, zövqlü xanımlardan birinci olardım”.

İfaçının bu sözlərinə A.Ağakişiyev belə cavab verib:

“Bəzi hallarda düzgün geyinən müğənnidir. “Dəbi diktə edir” deyə bilməzdim. Dəbi diktə edən əjdahalar yuxarıdadır. Bu geyimini heç bəyənmədim. Ayaqqabılar o geyimə uyğun deyil. Sırğası qəşəngdir, müsbət ab-hava qatmaq istəyib. Saçı çox sadə idi. Qara şalvar ayaqqabıya uyğun gəlmir. Üzüyü də sırğayla tutuşmur. Təkcə makiyajını bəyəndim. Üz cizgilərinə uyğun, ulduzabənzər makiyaj edib. Sevda dostumdur, inciməsin, amma adi günlərdə də stilistə müraciət etsin. Birinci olmaq iddiası ilə razı deyiləm. Sevda birincidirsə, Aygün Kazımova və Röya xanım neçəncidir? Sevdanı ilk beşliyə salmaq olar, amma birinci yox”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR