Göygöl sakini axtarılır

Göygöl sakini axtarılır
14:16 7 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

70 yaşlı Göygöl sakini itkin düşüb. Onu Göygöl rayonunun Polis İdarəsi axtarır.

Göygöl rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1945-ci il təvəllüdlü Ermənistanın Vardanes rayonu Şorca kəndində anadan olmuş, Göygöl rayon Quşqara kəndində qeydiyyatda olan Budaqov Famil Oruc oğlu 20 avqust 2015-ci il tarixində yaşadığı Quşqara kəndindəki evindən çıxmış və bir daha geri qayıtmayıb.

Yaxınları onun paltar almaq üçün Gəncəyə getdiyini deyirlər. Famil Budaqov evdən çıxarkən əynində ağ- qısaqol köynək , qəhvəyi şalvar və qara ayaqqabı olub. Boyu 1.75 sm-dir.

Onu görənlərdən xahiş olunur ki, aşağıdakı nömrələrlə əlaqə saxlasınlar:

050- 332-56-30
055-617-24-26


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=360096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR