Məsuliyyətsiz həkim daha bir ailəni uşaqsız qoydu - VİDEO

Məsuliyyətsiz həkim daha bir ailəni uşaqsız qoydu - VİDEO
14:27 7 Sentyabr 2015
87 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az femida.az-a istinadən xəbər verir ki, Bakıda həkim səhlənkarlığı üzündən daha bir körpə həyatını itirib.

Bu barədə uşağın atası İlkin Kosayev məlumat verib. Onun sözlərinə görə, avqustun 29-u Suraxanı rayonu 3 saylı doğum evində uşaq dünyaya gəlib. Doğum evində uşağın dünyaya gəlməsinə yarım saat qalmış keysəriyyə əməliyyatı ilə doğulmasının vacib olduğu deyilib. Əməliyyatın qiyməti 1000 manatdır.

Atanın sözlərinə görə, həkim-ginekoloq Sevda Abulova əməliyyat zamanı uşağın başını əzib: "Buna görə, bizi içəriyə buraxmırdılar. Səhər saat 5-də əməliyyat olub. Həkimlər bizi içəri buraxmadılar və dedilər ki, hər şey qaydasındadır. Biz etiraz edəndən sonra uşaq həkimi Tahirova Sevdanı çağırdılar. O gələndən sonra müdaxilə olundu və uşaq bir az yaxşı oldu. Ayın 31-i təcili yardımla uşağı "OMD"-yə (Elmi Tədqiqat İnistutu) apardıq. Ancaq heç bir kömək olmadı. Həkim tamahına və məsuliyyətsizliyinə görə övladımızı itirdik. Dünən saat 9-da uşaq öldü. Bu özbaşnalıq nə vaxta kimi davam edəcək? Hər gün belə hadisələr baş verir. Hadisəylə bağlı Suraxanı rayonu 31-ci polis bölməsinə şikayət olunub. Biz günahkarların cəzalandırılmasını tələb edirik. Çünki bu cür həkimlərin məsuliyyətsizliyi və pulgirliyinə görə hər gün uşaq ölür. Bunlar qanun saymırlar".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/367518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR