Nazir Əli Abbasov "TeliaSonera" şirkətinin nümayəndə heyəti ilə görüşüb

15:47 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 15:37 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "TeliaSonera" şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, şirkətin vitse-prezidenti, dövlət və ictimaiyyətlə əlaqələr üzrə qrupun rəhbəri Kell Lindstrem, şirkətlər qrupuna daxil olan "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsinin icraçısı Vahid Mürsəliyev, şirkətin texniki direktoru Mikael Forsberq ilə keçirilən görüşdə ölkədə mobil rabitə sektorunun inkişafı, o cümlədən bu sahədə texniki məsələlər, şirkətlə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.

 

Mobil sektorda internet və innovasiyalara artan tələbata diqqət çəkən Ə. Abbasov müştərilərə rahat və effektiv ünsiyyət üçün mobil rabitə xidmətlərinin  keyfiyyətinin daha da artırılması, yeni xidmətlərin tətbiqinin genişləndirilməsi, həmçinin "Azercell"in təqdim etdiyi LTE texnologiyalarının gələcəkdə ucqar yaşayış məntəqələrinə qədər çatdırılmasının vacibliyini bir daha nəzərə çatdırıb.

 

Xüsusən qarşıdan gələn I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi ilə bağlı mobil sektorun üzərinə də müəyyən vəzifələrin düşdüyünü xatırladan nazir davamlı, dayanıqlı, etibarlı və yüksək keyfiyyətə malik şəbəkənin qurulması istiqamətində işlərin gücləndirilməsini vacib sayıb.

 

Görüşdə, həmçinin “Azercell Telekom” MMC-nin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, innovativ texnologiyaların, səmərəli xidmətlərin tətbiqi və təşkili işlərinin davam etdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR