Qadınları öldürən kişilər həbs edildi - AZƏRBAYCANDA

Qadınları öldürən kişilər həbs edildi - AZƏRBAYCANDA
13:39 27 Dekabr 2014
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər iki şəxs yol qəzası törətdikdən sonra ərazidən uzaqlaşıb

Azərbaycanda qadınların ölümü ilə nəticələnən yol qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu ərazisində Nigar Həşimovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Ford-Transit” markalı avtomobilin sürücüsü - Hacıqabul şəhər sakini Nizami Məmmədov saxlanılıb.

Bundan başqa, BDYPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu ərazisində Zibeydə Rüstəmovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “KamAZ” markalı avtomobilin sürücüsü - Natiq Hüseynov həbs edilib

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR