Play Store

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib

15:48 28 Yanvar 2015
345 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Klubdan AzərTAc-a bildiriblər ki, “Qəbələ” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. İyirmi yeddi yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.
Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında “BATE”yə keçib. Beş il bu komandada çıxış etdikdən sonra M.Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-2011-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klublarının da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidən “BATE”yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa komandasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.
Dörd dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan M.Sivakov ölkəsinin U-17, U-19, U-21, Olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, “Qəbələ” M.Sivakovadək Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_futbol_klubu_novbeti_transferini_gercheklesdirib-828060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR