Bacıoğlu dayısının evini soydu: "Bir də olmaz"

Bacıoğlu dayısının evini soydu: "Bir də olmaz"
15:51 28 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabranda bacıoğlu dayısının evini soyub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yanvarın 24-də baş verib.

Şabran rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi Rəşad Yunisov ANS PRESS-ə açıqlamasında bildirib ki, şəhərin Vahabzadə 115 ünvanında yaşayan Elman Məmməd oğlu Zeynalovun polisə müraciət edərək evinin soyulduğunu deyib. O, evdən külli miqdarda qızıl-zinət əşyaları və noutbuk aparıldığını deyib.

Polis şöbəsinin rəhbərliyinin başçılığı ilə yaranan istintaq əməliyyat qrupu qısa zamanda oğurluq hadisəsinin üstünü aça bilib. Nəticədə bəlli olub ki, düşmən ocaq başındadır.

Belə ki, E.Zeynaovun evini soyan onun doğma bacısı oğlu 1997-ci il təvəllüdlü Rauf Famil oğlu Rəsulov olduğu bəlli olub. Saxlanılan yeniyetmə ANS PRESS-ə əməlindən peşman olduğunu deyib. "Pula ehtiyacım var idi. Ona görə də dayımın evindən oğurluq etdim. Çox peşmanam və dayımdan üzr istəyirəm. Bir də olmaz".

Qeyd edək ki, evdən aparılan qızıl sinət əşyalarının dəyəri 3 min manat civarında olub.
R.Yunisovun sözlərinə görə, R.Rəsulov oğurladıqlarını Bakıya gətirərək müxtəlik zərgərlik mağazalarında satıb. Onların az bir qismi tapılaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.
Mənbə
ANS PRESS Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR