Azərbaycanda 128 məktəbə yeni direktor təyin edildi

Azərbaycanda 128 məktəbə yeni direktor təyin edildi
15:53 7 Sentyabr 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinəyeni direktor təyin olunub. Son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.

Respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bugün Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR