"Xalq Bank"dan kommersiya təyinatlı ipoteka krediti

"Xalq Bank"dan kommersiya təyinatlı ipoteka krediti
15:53 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Xalq Bank" əhalinin bütün seqmentlərinə ünvanlı kredit məhsullarını təklif etməkdə davam edir. Bank ofis, ticarət, istehsal və digər kommersiya təyinatlı daşınmaz əmlak və qeyri-yaşayış sahələrinin alınması üçün ipoteka kreditini təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, ipoteka fiziki və hüquqi şəxslərə 10 ilədək müddətə, illik 12%-dən başlayan faiz dərəcəsi ilə təklif olunur. Kreditin minimal məbləği 50 000 USD, razılaşma olduğu təqdirdə maksimal məbləğə məhdudiyyət qoyulmur. Kreditin şərtlərinə görə alınan kommersiya təyinatlı daşınmaz əmlakın dəyərinin 30%-i ilkin ödəniş qismində çıxış edir. Kredit üç birgə borcalanın adına rəsmiləşdirilə bilər.

Hazırda "Xalq Bank" ölkədə ipoteka kreditləşməsi sahəsinin liderlərindən biridir və bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir. Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici məhsullardan biridir. Bankın digər kredit məhsulları haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2430711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR