Gəncədəki “ASAN xidmət”in yeddi könüllüsü “Kəpəz” TV-də işə qəbul olunub

Gəncədəki “ASAN xidmət”in yeddi könüllüsü “Kəpəz” TV-də işə qəbul olunub
15:58 7 Sentyabr 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 7 sentyabr, AZƏRTAC
Gəncədəki “ASAN xidmət” mərkəzində daha 84 gənc könüllü xidmətini başa çatdırıb. Bu münasibətlə keçirilən tədbirdə könüllülərə Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi sertifikatları təqdim edilib.
Mərkəzin direktoru Elnur Rzayev AZƏRTAC-a deyib ki, indiyədək burada 600 nəfərədək gənc könüllü olaraq vətəndaşlara xidmət göstərib. İki aylıq müddət ərzində gənclərə yaradıcı potensiallarının artırılması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəzdə fəaliyyətlərini başa çatdıran könüllülərin işlə təminatı da diqqət mərkəzindədir. Bu dəfə fəaliyyətini başa vuran yeddi könüllü Gəncədəki “Kəpəz” televiziya şirkətində işə qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencedeki_ASAN_xidmetin_yeddi_konullusu_Kepez_TV_de_ise_qebul_olunub-882670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR