Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib

16:07 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 16:06 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya Bankı Cənubi Qafqaz üzrə yeni regional direktorunu təyin edib.

APA-Economics”in verdiyi xəbərə görə, direktor vəzifəsinə təyin olunan Mersi Tembon (Mercy Tembon) Azərbaycan, Gürcüstan və Ermənistanda Dünya Bankının ölkələr üzrə əməkdaşlıq strategiyalarının həyata keçirilməsi və inkişafı üzrə işə rəhbərlik edəcək.

 

M. Tembon vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq. O, bu vəzifədə Henri Keralini (Henry Kerali) əvəz edəcək.

 

Qeyd edək ki, bundan əvvəl M. Tembon 2000-ci ildən Dünya Bankında Afrika Regionunda İnsan Resursları İnkişafı departamentinin təhsil mütəxəssisi, 2012-ci ildən Burkina-Faso və Burundi üzrə direktor vəzifələrində çalışıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR