Milli Kitabxanada treninqlər keçirilir

Milli Kitabxanada treninqlər keçirilir
16:08 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Regionlarda və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə əlaqədar M.F.Axundzadə adına Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-də növbəti treninq işə başlayıb. Ucar, Oğuz, Daşkəsən, Xaçmaz, Zaqatala, Tovuz, Qusar, Astara rayon MKS-ləri və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mütəxəssisləri bu treninqdə ALISA-da işləmək vərdişləri ilə yanaşı, MARC 21 formatını öyrənəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılışda çıxış edərək treninqin kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, treninqin işinə uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Kitabxanada_treninqler_kechirilir-882678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR