Luqansk separatçıları Cənubi Osetiyanın müstəqilliyini tanıyıblar

15:57 28 Yanvar 2015
258 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 15:52 ]


Bakı. Məlahət Nəcəfova - APA. Qondarma Luqansk Xalq Respublikasının “Xalq Soveti” Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.

 

APA-nın məlumatına görə, Luqansk separatçıları Sxinvali rejimi ilə diplomatik münasibətlərin qurulması barədə qərar qəbul ediblər.

 

“Xalq Soveti” aparatının rəhbəri Liya Kovalenko bu qərarı “cavab addım” adlandırıb.

 

Xatırladaq ki, 2014-cü ilin yayında Cənubi Osetiyanın lideri Leonid Tibilov Donetsk və Luqanskda yaradılmış separatçı rejimlərlə diplomatik münasibətlərin qurulmasına dair fərman imzalayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR