Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

16:27 7 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 16:25 ]

Bakı – APA. Azərbaycan prezident İlham Əliyev sentyabrın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edib.

 

R. T. Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR