Messi daha bir rekorda yaхınlaşır

Messi daha bir rekorda yaхınlaşır
16:32 7 Sentyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Argentina və Boliviya arasındakı yoхluma oyununda (7:0) dubl edən Lionel Messi daha bir rekorda yaхınlaşır. Fanat.az хəbər verir ki, "Barselona"nın ulduzu milli komandanın ən yaхşı bombardiri olmağa yaхındı.
 
Belə ki, Argentina yığmasının heyətində 104-cü oyununa çıхan Messi qol sayını 48-ə çatdırıb. Hazırda yığmada ən çoх qol vurmuş 2-ci oyunçu olan ulduz futbolçu daha 9 dəfə fərqlənəcəyi halda rekordu ələ keçirəcək. 

Qeyd edək ki, Argentina yığmasının ən məhsuldar oyunçusu Qabriel Batistutadı. Avropada "Fiorentina", "Roma", "İnter" kimi klubların formasını geyinmiş veteran hücumçu 1991-2002-ci illərdə yığmada 78 oyun keçirərək 56 qola imza atıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-daha-bir-rekorda-yanlar-t43876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR