x
Loading...

Yaponiya İŞİD-in təklifini qəbul etdi

15:58 28 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Məftun Salmanov/

İŞİD-in girov götürdüyü Yaponiya vətəndaşının sərbəst buraxılması üçün irəli sürdüyü şərt qəbul edilib.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, İŞİD qruplaşması girov qarşılığında İordaniyada edama məhkum edilmiş Sacidə Rişavinin azad edilməsini tələb etmişdi.

Yaponiyanın İordaniyadakı səfirliyinin açıqlamasına görə, S.Rişavi azad edilərək İŞİD-ə təhvil veriləcək.

Qeyd edək ki, ötən həftə girov götürdüyü iki Yaponiya vətəndaşının azad edilməsi üçün 200 milyon dollar istəyən İŞİD razılıq əldə olunmadığından girovlardan birini öldürmüşdü.

S.Rişavi 2005-ci ildə Əmmanda 3 hoteli partladaraq 60 nəfərin ölümünə səbəb olan hücumda iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2358130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR