Xalq artisti İlham Əsgərov dəfn olunub

Xalq artisti İlham Əsgərov dəfn olunub
16:32 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov Masallı rayonunun Xançobanlı kəndində torpağa tapşırılıb.
"Report" xəbər verir ki, xalq artisti atasının yanında dəfn edilib.
Dəfn mərasimində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət, həmçinin teatrın aktyorları, kənd əhalisi iştirak edib.
Xatırladaq ki, 57 yaşlı İlham Əsgərov sentyabrın 6-da infarktdan dünyasını dəyişib.
Bir neçə il əvvəl sənətkarın beyninə qan sızmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/xalq-artisti-i-lham-esgerov-defn

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR