Paytaxt yollarında dəyişiklik edildi

Paytaxt yollarında dəyişiklik edildi
16:36 7 Sentyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərinin bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib.

Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra ("Gənclik" m/st. istiqamətində) birtərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa, C. Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa, C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb.

Asif Məhərrəmov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri A.Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.

Qeyd olunanları nəzərə alaraq, A.Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Ceyhun Səlimov küçəsindən 3-cü mkr-n dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri C.Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr-n dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, dairədə yüklənmə yaranır.

Bu səbəbdən, C.Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

NİİM-in hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq edilib və müvafiq qaydada icra olunub.





Dəyişiklik edilən yolların sxemi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=360097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR