x
Loading...

Azərbaycan xarici dövlətlərin hərbi attaşelərini irimiqyaslı təlimlər barədə məlumatlandırıb

Azərbaycan xarici dövlətlərin hərbi attaşelərini irimiqyaslı təlimlər barədə məlumatlandırıb
15:43 7 Sentyabr 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeslərinin iştirakı ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə nazirinin tapşırığına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov sentyabrın 6-dan başlayan Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları haqqında görüş iştirakçılarına məlumat verib.

Oyunların keçirilmə müddəti və məqsədi, təlimlərdə iştirak edən şəxsi heyətin sayı, cəlb olunan zirehli texnika, aviasiya vasitələri, digər qurğu və sistemlərin miqdarı, eləcə də bu mövzuda digər məsələlər xarici ölkələrin hərbi nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşdə qoşunların təmas xəttindəki son durum, qarşı tərəfin vəziyyəti gərginləşdirmək məqsədilə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı təxribatları, Silahlı Qüvvələrimizin bölmələrinin qısa müddət ərzində düşmənə vurduğu cavab zərbləri, erməni hərbi bölmələrinin çoxsaylı itkiləri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, BMT-nın Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, dünya ictimaiyyətinin bu məsələyə göz yumması, həmçinin xüsusi olaraq Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsinə hazır olması bir daha hərbi attaşelərin diqqətinə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2430740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR