Prezident İlham Əliyev Ərdoğana zəng edib

Prezident İlham Əliyev Ərdoğana zəng edib
16:44 7 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev sentyabrın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə Respublikasının prezidenti və şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost və qardaş Türkiyə xalqının yanında olduğunu bildirib.

 

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR