Avqustda BTC kəməri ilə 2,3 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Avqustda BTC kəməri ilə 2,3 milyon tona yaxın Azərbaycan nefti nəql edilib
16:53 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Avqustda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 298 min 159 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında BTC ilə 19 milyon 157 min 662 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən cari il sentyabrın 1-nə kimi bu kəmərə 282 milyon 982 min 359 ton neft vurulub.
Ötən ay BTC ilə 347 min 50 ton Qazaxıstan və Türkmənistan nefti də nəql edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avqustda_BTC_kemeri_ile_23_milyon_tona_yaxin_Azerbaycan_nefti_neql_edilib-882701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR