x
Loading...
.

Daha bir dövlət qurumunun elektron xidmətinin inzibati reqlamentində dəyişikliklər edilib

Daha bir dövlət qurumunun elektron xidmətinin inzibati reqlamentində dəyişikliklər edilib
15:56 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron xidmətinin inzibati reqlamentində dəyişikliklər olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komitənin kollegiyası “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyət ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati Reqlament”ə dəyişikliklərin edilməsi haqqında qərar qəbul edib.
 
Qərara əsasən, inzibati reqlamentin  2.2-ci bəndində “Bakı şəhəri Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, “1400305751” rəqəmləri “1403006271” rəqəmlərlə əvəz olunub.
 
Dəyişikliklər “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə edilib.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38576-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR