x
Loading...

Lənkəranda gənclərin fərdi inkişafına yönəlmiş növbəti təlimlərə başlanılıb

Lənkəranda gənclərin fərdi inkişafına yönəlmiş növbəti təlimlərə başlanılıb
16:03 7 Sentyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Lənkəran, 7 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) "Region gənclərinin fərdi inkişafı" proqramı çərçivəsində Lənkəran şəhərində növbəti təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, uğur formulu, karyera planlaması və digər mövzular tədris olunacaq. Təlim proqramında Lənkəran Şəhər Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən "Xan Lənkəran Könüllüləri" klubunun gənc fəalları iştirak edirlər.
"Fərdi inkişaf və karyera planlaşdırılması" mövzusundakı təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını səmərəli şəkildə dəyərləndirmələrinə töhfə verməkdir.
Qrup məşğələləri formatında davam edən təlimi Türkiyənin fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin təlim modulu əsasında GTM-nin icraçı direktoru Fəxrəddin Həsənzadə keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_genclerin_ferdi_inkisafina_yonelmis_novbeti_telimlere_baslanilib-882706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR