Şahbuz məktəbliləri arasında şahmat və velosiped yürüşü üzrə rayon birinciliyi keçirilib

Şahbuz məktəbliləri arasında şahmat və velosiped yürüşü üzrə rayon birinciliyi keçirilib
17:28 7 Sentyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+


Şahbuz, 7 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi rayon Gənclər və İdman İdarəsi ilə birgə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat və velosiped yürüşü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən şahmat yarışında
20 zəka sahibi qüvvəsini sınayıb. Gərgin keçən turnirdə Umud Məhərrəmli bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Sonrakı iki pillədə isə Tuncay Cabbarov və Sunay Hüseynli qərarlaşıblar.
Velosiped yürüşü üzrə rayon birinciliyində 20-dən çox velosipedçi Şahbuz şəhərində 28 May və Səməd Vurğun küçələri arasında 2 min metr məsafəni birinci qət etməyə çalışıb. Yarışın yekun nəticəsinə əsasən, Murad Bağırov rəqiblərini qabaqlayaraq finiş xəttinə hamıdan tez çatıb. Elçin Hüseynli və Aydın Muradlı isə yarışı müvafiq olaraq ikinci və üçüncü pillədə başa vurublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahbuz_mekteblileri_arasinda_sahmat_ve_velosiped_yurusu_uzre_rayon_birinciliyi_kechirilib-882720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR