x
Loading...
.

Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdırılır

16:32 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

[ 07 Sentyabr 2015 17:30 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və Bolqarıstan sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR