x
Loading...
.

İlk dəfə seçkilərdə iştirak etmək hüququ əldə edən gənclər maarifləndirilir

İlk dəfə seçkilərdə iştirak etmək hüququ əldə edən gənclər maarifləndirilir
16:33 7 Sentyabr 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 7 sentyabr, AZƏRTAC 
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sənin səsin - sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlayıb.
AVCİYA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, onlar arasında informasiya çatışmazlığının aradan qaldırılmasına və seçkilər zamanı gənclərin yüksək seçici fəallığına nail olmaqdır. Həmçinin gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünüidarəetmə orqanlarında təmsil olunmalarına töhfə verməkdir.
Üç ay davam edəcək layihənin Bakı və Sumqayıt şəhərlərində, həmçinin Şirvanda, Cəlilabadda, Şamaxıda, Qobustanda, Xaçmazda həyata keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_defe_sechkilerde_istirak_etmek_huququ_elde_eden_gencler_maariflendirilir-882725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR